"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç dünən baş tutan mükafatlandırma mərasimindən sonra Offsideplus.az-a müsahibə verib. 

Monteneqrolu oyunçu 2023-24 mövsümünü şərh edib: 

- Maraqlı idi. Mövsümün əvvəlində yaxşı başlamamışdıq, lakin sezon ərzində get-gedə daha da yaxşılaşdıq. Sonda növbəti dəfə çempion olduq. Nə deyə bilərəm, çox xoşbəxtik və buna layiqik.

- Mövsümün ən sevindiyin və ən çox üzüldüyün oyunları? 

- Ən çox xoşbəxt olduğum oyun 100% "Braqa"ya qarşı cavab matçı idi. Sözlə ifadə olunmayacaq bir şeydir. Tam əksi isə "Bayer"lə qarşılaşma idi. Hələ də o oyunun nəticəsini qəbullana bilməmişəm.

- Həmin oyunda nəyisə dəyişmək istərdin?

- Nəyi yaxşı edə biləcəyimizi analiz edə bilərik. Lakin artıq çox gecdir. Özümüzlə bağlı hər şeyi hər gün inkişaf etdirib, gələn mövsüm ümidvaram ki, daha yaxşı oynayacağıq. Vacib olan budur.

Günay Xəlil